"Real Madrid" bu oyunçusunu satır — Yeni müştəri də bəllidir

İDMAN 04 iyl 2024, 12:52
"Real Madrid" yay transfer pəncərəsində bir qədər pul qazanmaq niyyətindədir. 

Demokrat.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano müdafiəçi Rafa Marinin "Kral klubu"nu tərk edəcəyi barədə məlumat yayıb. 

Mənbənin məlumatına görə, futbolçu karyerasını İtaliya çempionatında davam etdirəcək. Futbolçu Antonio Kontenin rəhbərlik etdiyi "Napoli" ilə müqavilə imzalayacaq. Paytaxt nəhəngi müdafiəçinin satışından təxminən 10 milyon avro qazanacaq. 

Marin ötən mövsüm "Alaves"də icarə əsasında çıxış edib. Rafa 35 matçda iştirak edib. "Transfermarkt" müdafiəçinin dəyərini 7,5 milyon avro qiymətləndirir. (Fanat.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top