“Sanki evimizdə oynayırıq” — Mert Günok

İDMAN 04 iyl 2024, 08:56
Türkiyə-Avstriya matçının 90+5-ci dəqiqəsində etdiyi kritik qurtarışla gündəmə gələn türk futbolçu Mert Günok Avro-2024-ün rəsmi hesabında sualları cavablandırıb.

Demokrat.az xəbər verir ki, 35 yaşlı qolkiper çempionata yaxşı hazırlaşdıqlarını bildirib.

Günokun sözlərinə görə, komandası qarşılaşmaya psixoloji hazır çıxıb:

“Bu, nəticələrə də yansıdı. Portuqaliya matçı uğursuz alındı. Zədəmə görə oynaya bilmədim. Burada olmaq və oynamaq mənim üçün çox vacibdir. Xoşbəxtəm ki, bu uğura nail oldum”.

Mert Almaniyada keçirilən turnirdə türk azarkeşlərin dəstəyinin vacibliyindən də danışıb:

“Burada “evimizdə oynayırıq” deyə bilərəm. Matçlarda tribunaların 70-80 faizinin azarkeşlərimiz olduğunu gördük. Bizi çox yaxşı dəstəkləyəcəklər”.

O, keçmiş qolkiper Mahir Günokun oğlu olduğunu, idmanın ailəsinin genetikasından gəldiyini qeyd edib:

“Atamın keçmiş qapıçı olması bura gəlməyimdə mühüm rol oynadı. Keçmiş idmançı olmağım futbol həyatımı nizam-intizamla davam etdirməyimə imkan verdi. 3 il əvvəl ağır zədə aldım və A Milli Komanda səviyyəsinə çata bildim. Mən idmançı ailəsində böyümüşəm. Əmim və babam da keçmiş futbolçulardır”.

Təcrübəli qapıçı qarşıdakı matçların penaltilər seriyasına getməsinə icazə verməyəcəklərini bildirib:

“Penaltilərə getməsini istəmirik. Hər komanda matçı öncədən bitirmək istəyir. Qapıçılar bu zaman önə çıxa bilər. Bunun olmaması üçün zehni və praktiki çalışırıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top