İTV-nin gündəm olan aparıcısı finalı Berlində şərh edəcək

İDMAN 03 iyl 2024, 15:56
Avstriya - Türkiyə oyununu şərh edən və şərh ilə sosial şəbəkələrdə böyük rəğbət qazanan Tural Dadaşov AVRO-2024-ün final matçını Almaniyanın paytaxtı Berlində stadiondan şərh edəcək.

Demokrat.az xəbər verir ki, bu haqda İTV-nin İdman Departamentinin rəhbəri Kənan Həkimov məlumat verib.

"Tural Dadaşov Berlində yerləşən, almanların futbol məbədi saydığı Olimpiya stadionunda keçiriləcək final oyununu birbaşa şərhçi kabinəsindən şərh edəcək

Mən və Elnur Əli isə oyunun başlamasına dəqiqələr qalmış meydanın kənarından (pitch side) dünyanın aparıcı telekanalları ilə bir sırada dayanaraq oyun öncəsi ən son məlumatları çatdıracağıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top