Bakıdan Naxçıvana avtobus reyslərinin sayı artırılacaq? — AÇIQLAMA

SOSİAL 04 iyl 2024, 11:35
Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun sayının artırılacağı barədə bəzi sosial şəbəkələrdə məlumatlar yayılıb.

Məsələ ilə bağlı "Trend"in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutu üzrə gün ərzində saat 9:00, 19:00, 20:00 və 21:00 olmaqla 4 reys həyata keçirilir.

"Sərnişin tələbatı yarandığı təqdirdə reyslərin sayı 6-ya çatdırılır. Hazırda bu istiqamətdə sərnişin sıxlığı müşahidə edilmir. Sərnişinlər biletləri onlayn qaydada "biletim.az" portalından və avtovağzalların kassalarından əldə edə bilirlər", - deyə qurumdan məlumat verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top