ETSN nümayəndəsi Meşəsalma və Meşələrin Bərpası üzrə Beynəlxalq Konfransda iştirak edir

SOSİAL 04 iyul 2024, 13:14
Afrika İttifaqı Komissiyası, Birləşmiş Millətlər Təşkilatının Meşələr üzrə Forumu, Afrika Meşə Forumu və Konqo Respublikası Hökumətinin təşkilatçılığı ilə  Konqonun  Brazavil şəhərində Meşəsalma və Meşələrin Bərpası üzrə Beynəlxalq Konfrans öz işinə başlayıb.

Beynəlxalq konfransın keçirilməsində məqsəd ağacəkmə və meşələrin bərpası fəaliyyətlərini dəstəkləmək üçün beynəlxalq əməkdaşlığa, maliyyə resurslarının artırılmasına, bu sahədə innovativ layihələrə çıxışın təmin edilməsinə nail olmaqdır.

Konfrans iştirakçıları iqlim dəyişikliyi ilə mübarizə kontekstində planetdə ağaclandırmanın  əhəmiyyəti, biomüxtəlifliyin qorunması və ekosistem bütövlüyünün təmin edilməsi ətrafında müzakirələr aparacaq, bəşəriyyəti narahat edən ekoloji məsələlərdə beynəlxalq həmrəyliyin vacibliyi barədə  fikir mübadiləsi edəcəklər.

İyul ayının 5-dək davam edəcək beynəlxalq konfransın panel müzakirələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, Nazirliyin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov ağaclandırma, yeni yaşıllıq sahələrinin salınması və meşə ilə örtülü ərazilərin artırılması  istiqamətində ölkədə görülən işlərlə bağlı məlumat verib, iqlim dəyişmlərinin təsirlərinin azaldılması sahəsində yerinə yetirilən tədbirləri beynəlxalq ekspertlərin diqqətinə çatdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top