Blinken: Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlamaq üçün müstəsna imkan var

GÜNDƏM 01 iyl 2024, 21:10

Vaşinqton administrasiyası hesab edir ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlamaq üçün müstəsna imkan var.

Bunu ABŞ-nin Dövlət katibi Antoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı deyib.

“Ölkələr arasında sülh sazişi üçün müstəsna imkan var ki, bu da onilliklərlə davam edən münaqişəyə son qoyacaq və hesab edirəm ki, regionda iqtisadi əlaqələr, iqtisadi artım, şimal və cənub, qərb və şərq ölkələri arasında əlaqələrin qurulması baxımından böyük imkanlar yaradacaq”, - Dövlət katibi bildirib.

Blinken ölkəsinin diplomatiya vasitəsilə Azərbaycan və Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa çalışdığını vurğulayıb.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top