Mövzu ilə əlaqədar qeyd etmək gərəkir ki, XVI–XVIII yüzillərdə olan Böyük Türk-Azərbaycan Səfəvi Dövlətindən sonrakı zamanlarda Rusiya imperatorluğu Azərbaycan torpaqlarının işğal edilməsi siyasətini yürütməyə başladı.
Müqayisə üçün demək gərəkir ki, belə siyasəti adı çəkilən imperiya 1774-cü ildə Türk-Osmanlı Dövləti ilə imzaladığı Kiçik-Qaynarca sülh müqaviləsinə əsasən Krım Xanlığının müstəqilliyi və toxunulmazlığına zəmanət verilməsinə baxmayaraq, bu müqavilənin şərtlərini pozaraq 1783-cü ildə Krım tatarlarının (türklərinin) vətənini tamamilə işğal, özlərini isə sürgün etdi.
1775-ci ildə adı keçən imperiya Ukrayna-Kozak Dövlətini işğal edərək ukraynalıların da kütləvi sürgününün başladılmasına səbəb oldu. Bu sürgünlər, məcburi köçmələr 2014-cü ildə Rusiyanın Ukrayna əraziləri olan Krım yarımadasını və Donbası işğal etməsi, 2022-ci ildən etibarən genişmiqyaslı hücumları nəticəsində davam etdirilməkdədir.
Hadisələrin tarixi ardıcıllığına nəzər yetirərək söyləmək lazımdır ki, XIX əsrdə Rusiya imperatorluğu İran ilə Gülüstan (1813) və Türkmənçay (1828) sülh müqavilələri imzalayaraq, Azərbaycan ərazisini cənub və şimal hissələrə parçaladı. Bunun nəticəsində azərbaycanlıların / türklərin doğma torpaqları olan İrəvandan, Zəngəzurdan, Göyçədən, Qarabağdan və sairə yerlərdən kütləvi sürgünü başladıldı; azərbaycanlıların doğma yerlərinə bu müqavilələrə də əsasən başqa ölkələrdən çox sayda ermənilər gətirildi.
Azərbaycanlıların sürgünü XX yüz ildə də davam etdirildi. Nəticə etibarı ilə sovet-kommunist-nasisit hakimiyyəti 1944-cü ildə Krım türklərinə tətbiq etdiyi sürgünü 1947-ci ildən başlayaraq adları çəkilən qədim Azərbaycan-Türk torpaqlarının yüz minlərlə yerli insanlarına qarşı törədərək mülkləri və qəbirstanlıqlarını da darmadağın etdi. Bu sürgün olunanlar sırasında mənim də anam, babam, nənəm, dayılarım, xalalarım da var idi (vəfat edənlərə Allah rəhmət eləsin, məkanları cənnət olsun). Onu da qeyd etmək gərəkir ki, bu faciə SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına əsasən 1947–1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin Kür-Araz vadi və ovalarına köçürülməsi (sürgün edilməsi) sənədinə (əlavə: 10/111-48 il, N: 754) əsasən olundu. Bu hadisə ilə əlaqədar diasporada da tanınan ATXƏM İctimai Birliyinin sədri, “BİRLİK” dərgisinin təsisçisi İlham Surxay Oğlunun bir sıra mətbuat vasitələrindəki müsahibələri şahidlərin dediklərinə və mənbələrə əsaslandığı üçün mühüm əhəmiyyət kəsb edir.
Bir daha xatırlatmaq gərəkir ki, 2024-cü ilin may ayının 18-də Krım türklərinin doğma torpaqlarından yük vaqonları ilə Orta Asiyaya sürgün olunmasının 80 illiyi ilə əlaqədar Ukraynada, Türkiyədə, ABŞ, Rumıniyada və s. ölkələrdə tədbirlər təşkil olunaraq 1944-cü ildə sovet-kommunist-nasisit hakimiyyətinin törətdiyi bu sürgünün məhkəmə qərarlarına əsasən soyqırımı olaraq tanınması haqqında beynəlxalq məhkəmə qərarlarının əldə edilməsi məqsədilə qərarlar qəbul olundu. Qeyd etmək gərəkir ki, sürgün olunanların 46 % -i yol gedərkən dözülməz şəraitdə, o cümlədən körpə uşaqlar və qadınlar vəfat etdilər. Qərbi Azərbaycandan sürgün olunan soydaşlarımıza da eyni üsulun tətbiq olunması nəticəsində cox sayda insanlar acınacaqlı şərait və zülm içində vəfat etdilər.
Mövzu ilə əlaqədar fikirləri davam etdirərək qeyd etmək gərəkir ki, bəhs olunan ərazilərdən soydaşlarımızın növbəti kütləvi sürgünü 1980-ci illərdə, 1990–93-cü illərdə isə Qarabağı işğal edən və yerli insanlara qarşı qətliamlar törədən Ermənistan tərəfindən (Moskvaya tabe 366-cı alayın köməyi ilə) davam etdirildi. Bu hadisədən 30 il sonra Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il sentyabr ayının 27-də başlatdığı “DƏMİR YUMRUQ” hərbi əməliyyatı və 10 noyabrda qələbə ilə nəticələnən 44 günlük milli-azadlıq QARABAĞ VƏTƏN MÜHARİBƏSİ, 2023-cü ildə tam olaraq ərazi bütövlüymüzün bərpa olunması, işğalçı Ermənistanın tam məğlubiyyəti ilə nəticələndi. 2024-cü ildə isə Azərbaycan ərazisində yerləşən rus ordusu da doğma torpaqlarımızı tərk etdi.
Bu qələbə nəticəsində qüdrətli Azərbacan dövlətimiz tarixi torpaqlara “BÖYÜK QAYIDIŞ” hərəkatı başlatdı. Mühüm əhəmiyyət kəsb edən bu hərəkat, məcburi köçkünlərin işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur ərazilərinə qaytarılmaları ilə birlikdə Qərbi Azərbaycandan da sürgün olunan soydaşlarımızın öz doğma yurdlarına qaytarılmalarının təmin olunmasını əks etdirir.
Əlbəttə ki, sürgün olunan azərbaycanlıların doğma yurdlarına qaytarılmalarının təmin olunması üçün QƏRBİ AZƏRBAYCAN İCMASI bu sürgün və qətliamlar ilə əlaqədar vaxtında cinayət işlərinin açılması, Azərbaycan Respublikası və Beynəlxalq Ali məhkəmələrinin, o cümlədən Avropa təşkilatları parlamentlərinin qərarlarının əldə olunmasını təmin etməsi gərəkməkdədir. Tarixi doğma yurdlarımıza qayıtmaq və təzminatın ödənilməsi üçün qeyd olunan məhkəmə, o cümlədən də müvafiq siyasi qərarların, qanunların olması vacib şərtlərdir.
Fərhad Turanlı
Tarix elmlər doktoru, professor, “Kyivo-Mohılyanska Akademiyası” Milli Universiteti Humanitar elmlər fakültəsi Ümumi və Slav dilləri kafedrasının professoru, Ukraynalı və Azərbaycanlı Ziyalıları Assambleyası” İctimai təşkilatın sədri