“Dünyada dəyəri çox az olan dəmir pulların dövriyyədən çıxarılması kimi bir tendensiya mövcuddur. Bir çox ölkələr artıq bu praktikadan istifadə etməyə başlayıblar. Bunun səbəbi isə sadədir”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, bildirib ki, bir qəpiklik və ya üç qəpiklik sikkənin hazırlanma maya dəyəri onun nominal dəyərindən daha baha başa gəlir:
"Bu məsələyə dair qərar isə Mərkəzi Bank və hökumət tərəfindən birgə verilməlidir. Əgər doğrudan da həmin sikkələrin istehsalı nominal dəyərindən baha başa gəlirsə, onların saxlanılması və dövriyyədə qalması iqtisadi baxımdan məqsədəuyğun deyil".
Əfsanə Kamal
Demokrat.az