Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, DAF Prezidenti Jalə Əhmədova, 1-ci vitse-prezident Könül Nurullayeva, vitse-prezident Anar Qurbanov, ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuzə İskəndərova, katibliyin rəhbəri Tünzalə Əzimova istefa veriblər.
Əldə etdiyimiz məlumata görə istefaların əsas səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqlarıdır.
Xatırladaq ki, Dünya Alpaqut Federasiyası 12 fevral 2014-cü ildə təsis olunub. Federasiya idman ustası Vasif Namazovun təşəbbüsü ilə yaradılıb.