Sian şəhərindən Bakıya yeni qatar marşrutu istifadəyə verildi

GÜNDƏM 03 iyl 2024, 23:42

“Çin Dəmir Yolu Qrupu” Çin-Avropa dəmir yolu ilə yükdaşımalarda əsas qovşaq olan Sian şəhərindən Bakıya yeni qatar marşrutu istifadəyə verib.

Demokrat.az xəbər verir ki, bu barədə “Çin Dəmir Yolu Qrupu” məlumat yayıb.

Məlumata görə, qatarlar həftədə bir dəfə hərəkət edəcək.

Siandan çıxan qatarlar Çinin Sincan Uyğur Muxtar Rayonundakı Horqos sərhəd məntəqəsindən Qazaxıstana keçəcək, Xəzər dənizi vasitəsilə ümumilikdə 12 günə Bakıya çatacaq. Bu marşrut üzrə ilk qatar iyulun 1-də yola düşüb.

Bildirilir ki, yeni marşrut Çin-Avropa yük qatarları şəbəkəsi boyunca iqtisadi-ticari əməkdaşlığa və “Kəmər və yol” təşəbbüsünün inkişafına töhfə vermək məqsədilə açılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top