Bakıda qardaş bacısını boğaraq öldürdü

KRİMİNAL 01 iyul 2024, 08:48
İyulun 1-də Bakının Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Demokrat.az-a Binəqədi Rayon Prokurorluğundan bildirilib.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan T.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

***
07:39


Bakıda 20 yaşlı qadın öldürülüb.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, saat 6:45-də Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə İsmixan qızı Qasımovanın boğulmadan ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı, 1997-ci il təvəllüdlü Təbriz İsmixan oğlu Qasımov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top