Maldiv adaları prezidenti Mohamed Muizzuya “cadu” etməkdə ittiham olunan iki nazir Fathima Shamnaz Ali Saleem və Adam Rameez ilə bağlı iddialar gündəmdən düşmür.
Demokrat.az xəbər verir ki, iyunun 23-də həbs edilən nazirlərin saxlanması ölkəni şoka salıb və ənənəvi inanclarla müasir metodun kəsişməsi ilə bağlı suallar doğurub.
Həbslər ikilinin fəaliyyəti ilə bağlı şübhələr yarandıqdan sonra başladılan istintaqdan sonra həyata keçirilib.
Polis cadunun mahiyyəti və ya həbslərə səbəb olan dəlillər barədə təfərrüatları açıqlamayıb.
Şamnaz əvvəllər Male Bələdiyyə Başçısı Muizzu ilə birlikdə Male Bələdiyyə Şurasında çalışıb. Muizzunun 2023-cü ilin noyabrında prezident seçilməsindən sonra Şamnaz Ekologiya Nazirliyinə keçməzdən əvvəl prezidentin rəsmi iqamətgahı olan Muliaagedə dövlət naziri təyin edilib.
Muizzinin köməkçisi kimi tanınan Rameez də son 5 aydır ictimaiyyətin diqqətindən kənarda qalıb.
Məsələ ilə bağlı genişmiqyaslı araşdırmalara başlansa da, ictimai fərziyyələr səngimək bilmir. Məhkəmə prosesinin turizmi ilə seçilən ölkənin imicini də dəyişdirə biləcəyi düşünülür.
Əfsanə Rəcəb
Demokrat.az