Teymur Rəcəbov Moskvada ikinci pilləyə yüksəldi

İDMAN 29 iyn 2024, 09:25

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Moskvada "Şahmat ulduzları" turnirində iştirak edir.

Demokrat.az İdman.biz-ə istinadən xəbər verir ki, təmsilçimiz iki günün nəticəsinə görə 4 xal toplayıb.

Teymur rapid üzrə turnirdə bu gün 3 partiyada yarışıb. Yekaterina Laqnoya qalib gələn Rəcəbov Hou Lifan və Sergey Karyakinlə xalları yarıya bölüb. Nəticədə hesabına dünən olduğu kimi 2 xal yazdıran şahmatçımız yalnız Vladislav Artemyevdən (5,5 xal) geri qalır.

Qeyd edək ki, sabah rapiddə mübarizəyə yekun vurulacaq. İyulun 1-2-də blitsdə ən güclülər bəlli olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top