“Karqo işçisi evimi qarət etdi” dedi — Həqiqət tamam fərqli çıxdı

REGİON 27 iyn 2024, 18:59
Türkiyənin Antalya şəhərində “Karqo işçisi evimi qarət etdi” deyən qadın ikinci ifadəsində yalan danışdığını etiraf edib.

Demokrat.az xəbər verir ki, dünən saat 15:00 radələrində 112 Təcili Zəng Mərkəzinə zəng vuran qadın hücumu məruz qalması və evindən oğurluq edildiyi barədə məlumat verib. 

Hadisə yerinə gələn asayiş işçiləri və tibbi xidmət tərəfindən aparılan araşdırma zamanı adı açıqlanmayan ev sahibi qadının başından zərbə aldığı müəyyən edilib.

Qadın hadisə yerində polisə verdiyi ifadəsində bildirib ki, evdə 1,5 yaşlı qızı ilə oturarkən qapının zəngi çalınıb və qapıdakı şəxs yük çatdırma xidməti işçisi olduğunu deyib. 

Qadın qapını açanda həmin şəxsin onun başını divara vurduğunu və qısa müddət huşunu itirdiyini izah edib. Evə girən şəxsin evdə qızıl olub-olmadığını soruşduğunu və vermədiyi təqdirdə yan otaqdakı qızını götürüb gedəcəyi ilə hədələdiyini iddia edib. 

Övladının zərər görməməsi üçün qızılların yerini deyən qadın oğrunun üzündə maska və əlində əlcək olduğunu, həmçinin, evdən 5 ədəd qızıl və 2 sırğa götürdüyünü söyləyib. 

Qadının verdiyi ilkin ifadədən sonra araşdırma başladılıb və ərazidəki təhlükəsizlik kameralarına baxılıb. 

Araşdırmalardan sonra müəyyən edilib ki, həmin vaxt küçədə A.D-nin verdiyi təsvirə uyğun gələn kimsə olmayıb və evə giriş olmayıb. 

Yenidən ifadəsi alınan A.D vəziyyətin ciddiliyini anladıqdan sonra həyat yoldaşından xəbərsiz kredit kartı ilə 20 min lirəlik alış-veriş etdiyini və bunu ört-basdır etmək üçün belə hərəkət etdiyini etiraf edib.
Qadın barəsində cinayət işi başlanıb.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 iyn 2024, 09:30
Top