"Azərbaycanla Ermənistan arasında sülh üçün əlimizdən gələni edəcəyik"

XARİCİ SİYASƏT 27 iyn 2024, 15:00
Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Azərbaycan bizim üçün həm yaxşı dost, həm də çox yaxşı strateji tərəfdaşdır.

Demokrat.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramovla Tbilisidə keçirdiyi görüşdən sonra təşkil olunan brifinqdə deyib.

O bildirib ki, müxtəlif sahələrdə ikitərəfli əlaqələr inkişaf etdirilir:

"Gürcüstan Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün əlindən gələni edəcək. Azərbaycanla Gürcüstan arasında iqtisadi layihələr həyata keçirilir. Bu, bizim region üçün çox önəmlidir". (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top