ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Gallant ilə Pentaqonda keçirdiyi görüşdə İsrail və Hizbullah arasındakı müharibənin "Livan üçün fəlakət, günahsız israilli və livanlı mülki insanlar üçün dağıdıcı olacağını" deyib.
Demokrat.az xəbər verir ki, Ostin regionda gərginliyin daha da artmasının qarşısını almağın yeganə yolunun “prinsipial diplomatiya” olduğunu bildirib.
Ostin, “Hizbullahın təxribatlarının İsrail və Livan xalqlarını ikisinin də istəmədiyi bir müharibəyə sürükləməklə təhdid etdiyini” bildirib.
Qeyd edək ki, oktyabrın 7-dən sonra İsraillə Livan Hizbullahı arasında başlayan qarşıdurmalar son vaxtlar daha da şiddətlənib.
Qarşılıqlı hücumlar bölgədə müharibənin yayılması ilə bağlı narahatlıqlar yaradıb.
Əfsanə Rəcəb
Demokrat.az