Ərdoğan Putinlə danışdı

DÜNYA 25 iyn 2024, 16:18
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Rusiyanın Dağıstan vilayətində törədilən terror aktları müzakirə olunub.

Ərdoğan Türkiyənin hər cür terrora qarşı olduğunu və hücumları nifrətlə qınadıqlarını ifadə edərək, həyatını itirənlərə görə Rusiya xalqına başsağlığı verib, yaralılara tezliklə şəfa diləyib.
 
Türkiyə prezidenti bölgədə bütün çalışmaların sona çatdırılması üçün səy göstərəcəyini vurğulayıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top