Qırğızıstanda sel nəticəsində azı beş nəfər ölüb

DÜNYA 28 iyn 2024, 23:37

Qırğızıstanın Nookat rayonunda sel nəticəsində azı beş nəfər ölüb.

Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"Nookat rayonunda leysanın səbəb olduğu sel nəticəsində azı 5 nəfər ölüb”, - nazirliyin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bununla belə, ölən və yaralananların sayı barədə məlumatlar dəqiqləşdirilir.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top