Fransa seçkilərinin birinci turunda səsvermənin pozulması halı qeydə alınıb

DÜNYA 30 iyn 2024, 15:28

Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) seçkilərin birinci turu Yeni Kaledoniyanın Uailou kommunasında seçki məntəqələrində pozulub.

Demokrat.az xəbər verir ki, “Outre-mer La Premiere” telekanalının məlumatına görə, naməlum şəxslər şəhər meriyasının girişini avtomobillə bağlayıb və onu yandırıblar.

Hadisə Avropa vaxtı ilə iyunun 30-a keçən gecə, Meriya binasında seçki məntəqələri açılmazdan əvvəl baş verib. Yanan avtomobillə yanaşı, naməlum şəxslər girişdə ağır beton blok və ağacdan baryerlər qoyublar. Nəticədə nə seçicilər, nə də kommunanın meri binaya daxil ola bilməyib, seçki qutuları da quraşdırılmayıb. Səsvermə pozulub.

Yeni Kaledoniyada seçkilər xüsusilə gərgin ab-havada keçirilir, çünki hökumətin başlatdığı seçki islahatına etirazlar hələ də tam səngiməyib. İslahata əsasən, yerli xalqlarla yanaşı, Yeni Kaledoniyada 10 ildən artıq yaşayan vətəndaşlara da səsvermə hüququ verilir.

May iğtişaşlarından sonra adaya əlavə polis və jandarm dəstələri göndərilib. Onlar dövlət qurumlarının fəaliyyətini təmin edir, etirazçıların yollarda qurduqları barrikadaları aradan qaldırırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top