Fransada kiçik təyyarə magistral yolda qəzaya uğradı: 3 ölü

DÜNYA 01 iyl 2024, 22:46
Fransanın paytaxtı Parisin şərqindəki Sena və Marna bölgəsində kiçik təyyarə A4 magistralında qəzaya uğrayıb. 

Demokrat.az xəbər verir ki, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 3 nəfər ölüb.

Təyyarənin yüksək gərginlikli xəttə dəyməsi nəticəsində qəzaya uğraması mümkün hesab edilir.

Qəzadan sonra hadisə yerinə çoxlu sayda qruplar sövq edilib və magistral hər iki istiqamətdə nəqliyyata bağlanıb.

Təyyarənin Lognes hava limanından havaya qalxdığı bildirilib. 

Səlahiyyətlilər nəqliyyat vasitələrinin qəzadan təsirlənmədiyini qeyd edib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top