Qazaxıstanda terror xəbərdarlığı “sarı” səviyyəyə qaldırılır

DÜNYA 02 iyl 2024, 00:16

Qazaxıstanda terror təhlükəsinin “sarı” həddə çatdırılacağı açıqlanıb.

Bu haqda Qazaxıstan Terrorla Mübarizə Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, buna səbəb iyulun 2-dən iyulun 5-dək Qazaxıstanda bir sıra mühüm beynəlxalq tədbirlər, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısının keçirilməsi və Çin liderinin dövlət səfəridir.

Qeyd olunur ki, “sarı”səviyyəyə xüsusilə, paytaxt Astanada, Almatı, Karaqandı və Kökşetau şəhərlərində qaldırılacaq.(Qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top