“Başım ağrıyırdı, 3 həftə sonra oyandım” — Aktyor

DÜNYA 03 iyul 2024, 20:42
56 yaşlı amerikalı aktyor Ceymi Foks 2023-cü ilin aprelində komaya düşüb və 3 həftə xəstəxanada qalmışdı. 

Demokrat.az xəbər verir ki, aktyorun xəstəliyi ilə bağlı açıqlama verilməmişdi. 

Ceymi Foks ötən gün ilk dəfə məsələ haqqında danışıb. Aktyor “Çox şiddətli baş ağrısından əziyyət çəkirdim. Gözlərimi 3 həftə sonra xəstəxanada açdım. 20 gün idi ki, yox idim” deyib.

Ceymi Foks başını göstərərək davam edib, “Həkim burada nəsə olduğunu dedi. Ancaq nə olduğunu kameralar qarşısında açıqlamayacam" ifadələrindən istifadə edib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top