“Zelenski Ukrayna xalqını uçuruma aparır” — AÇIQLAMA

DÜNYA 03 iyl 2024, 13:09
“Volodimir Zelenski faktiki olaraq özünü ağır vəziyyətə salıb. Əvvəla, onun prezidentliyinin səlahiyyət müddəti bitib. Rusiya rəhbərliyi də buna tez-tez işarə edir ki, bu adamla danışıqlara oturmağın mənası yoxdur. Digər tərəfdən, Zelenski açıq-aşkar sülh prosesini inkar edir və bundan imtina edir. Bununla Qərbin rəğbətini qazanmağa çalışır, yəni baxın, biz duruş gətiririk, bizə kömək edin, vuruşmağa hazırıq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, müharibənin davam edəcəyi hər növbəti gün Ukrayna üçün bəla deməkdir:

“Müharibə çıxış yolu deyil. Ukraynada partiya rəhbərləri də etiraf edirlər ki, ölkə 4 bölgəsini itirdi, artıq dayanmaq lazımdır. Çünki dərinə getdikcə vəziyyət gərginləşir, cavanlar ordudan qaçır, nahaq yerə ölmək istəmirlər. Bu gedişat Qərbin maraqlarına xidmət edir, çünki onun məqsədi Rusiyanı zəiflətməkdir. Rusiya artıq Qərbə qarşı ikinci cəbhəni açır, Şimali Koreyaya hazırlaşdığı müharibədə dəstək olduğunu bəyan edir. 

Qərb artıq Ukraynaya dəstək olacaq potensialda deyil. Müharibə nə qədər uzanacaqsa, Ukrayna üçün bir o qədər vəziyyət ağırlaşacaq. Ukrayna da Rusiyaya zərbələr endirir, ancaq bunlar eyni ölçüdə cavablar deyil. Zelenski bir qədər geriyə çəkilməlidir, o özünü qeyri-peşəkar siyasətçi kimi aparır və Ukraya xalqını uçuruma aparır”.

Qeyd edək ki, Ukrayna Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya ilə müharibədə atəşkəslə bağlı təklifini rədd edib. 

RBK-nın xəbərinə görə, bu barədə məlumatı Ukrayna Prezident ofisinin sədr müavini İqor Jovkva açıqlayıb. 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top