“Azərsilah” dövlət qeydiyyatına alındı

SƏNAYE VƏ ENERGETİKA 02 iyl 2024, 11:28
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində yaradılmış “Azərsilah” Müdafiə Sənayesi Holdinqi QSC-ni dövlət qeydiyyatına alıb.

Demokrat.az xəbər verir ki, yeni şirkət MSN ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 40-da qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 500 milyon manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 500 milyon ədəd adi səhm əsasında formalaşıb. Səhmdar cəmiyyətinin qanuni təmsilçisi isə Emil Əhməd oğlu İbrahimovdur.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il sentyabrın 7-də "Azərsilah"ın yaradılması haqqında fərman imzalayıb. Bu il fevralın 21-də Nazirlər Kabineti qurumun Nizamnaməsini, strukturunu və işçilərinin say həddini təsdiq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top