Ağdamda yeni elektrik şəbəkəsi qurulur — VİDEO

SƏNAYE VƏ ENERGETİKA 20 iyn 2024, 11:24
İşğaldan azad edilən bütün regionlarda olduğu kimi “Azərişıq” ASC Ağdamın da elektrik təsərrüfatının yenilənməsi işlərini sürətlə davam etdirir. Ağdamda keyfiyyətli, dayanıqlı və etibarlı elektrik enerjisi təchizatı üçün müasir standartlara uyğun, yeni elektrik şəbəkəsi qurulur.

“Azərişıq”dan Demokrat.az-a verilən məlumata görə, Ağdam şəhərində tikinti-quraşdırma işləri aparan təşkilatların və strateji obyektlərin enerji ilə təmin olunması üçün xüsusi şəbəkələr yaradılıb. Hər birinin gücü 10 mVA olmaqla 35/04 kV-luq 2 yarımstansiya inşa edilib və gələcəkdə bu yarımstansiyalar vasitəsilə Ağdam şəhər mərkəzinin işıqlandırılması nəzərdə tutulub.

Məlumata görə, hazırda Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin tikintisi davam edir. Yenidən qurulan Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində isə yeni dayaqlar basdırılıb, 35/04 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib. İşlərə cəlb edilən əməkdaşların əksəriyyəti elə Ağdam sakinləridir.

Gələcəkdə Güllücə, Baş Qərvənd və Salahlı Kəngərli kəndlərində də yeni xətlərin çəkilişi nəzərdə tutulub. Ümumilikdə, Ağdam şəhəri və kəndlərinin kabelləşdirilməsi Şəhərsalma Planına əsasən aparılır.

Qeyd edək ki, Azərişıq” ASC ölkənin bütün regionlarında paralel şəkildə yenidənqurma işlərini davam etdirir. Məqsəd vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top