Magistraturası 100% dolan və dolmayan ali məktəblərin SİYAHISI

SOSİAL 04 iyl 2024, 11:20
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələri ilə bağlı bəzi statistik göstəriciləri (əsas yerləşdirmədən sonra) təqdim edib.

Demokrat.az xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Naxçıvan Müəllimlər İnstitutu, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Qızlar Universitetində plan yerləri tam (100%) dolub.

Azərbaycan Dövlət İqtisad Universiteti, Dövlət İdarəçilik Akademiyasında plan yerləri 95%-dən çox dolub.

Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyasında 90% və daha çox dolub.

Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə (41% və daha aşağı) Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan İlahiyyat İnstituna aiddir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top