Konkret.az saytı 5 yaşında...

MEDİA 02 iyul 2024, 10:38
Konkret.az saytının yaranmasından 5 il ötür.

Sayt 2019-cu il iyulun 2-də fəaliyyətə başlayıb. Qısa müddət keçməsinə baxmayaraq, Azərbaycan mediasında özünəməxsusluğu ilə seçilən saytda ölkəmizdə və dünyada baş verən xəbərlər operativ şəkildə işıq üzü görüb. Onlayn qəzet olaraq saytda dərc edilən analitik materiallar, araşdırma, müsahibə və digər janrlarda bir-birindən maraqlı yazılar geniş oxucu kütləsi qazanıb. 

Ölkəmizdə milli mətbuat ənənələrinin qorunmasında saytın da xüsusi rolu var. 

Qeyd edək ki, saytın baş redaktoru Fadil Paşayevdir. 

Demokrat.az kollektivi adından həmkarlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik! 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top