YapiKredi Müraciət Forması
İdman

Portuqaliya yığmasında bir gecədə antirekord və rekord

Portuqaliya yığmasında bir gecədə antirekord və rekord

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu XXI əsrdə antirekorda imza atıb.

Məlumata görə, əlavə vaxtda (105-ci dəqiqə) penaltidən yararlana bilməyən 39 yaşlı hücumçu bir yığmanın heyətində üç turnirdə 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyən ilk avropalı futbolçu olub. O, AVRO-2016-da Avstriya, DÇ-2018-də isə İran millisi ilə matçlarda penaltini qaçırıb.

Portuqaliya seçməsinin qolkiperi Dioqu Koşta isə Avropa çempionatları tarixində üç penalti qurtarışı edən ilk qapıçı olub.

Qeyd edək ki, penaltilər seriyasında rəqibini 3:0 hesabı ilə üstələyən Portuqaliya millisi 1/4 finalda Fransanın rəqibi olub.

D
demokrat.az