Fransada təyyarə qəzaya düşdü

DÜNYA 01 iyl 2024, 00:29
Fransanın İl-de-Frans regionunda yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Hadisə A4 magistral yolunun A104 şossesi ilə Kollejyendəki kommunanın qovşağında baş verib. 

Yüngül mühərrikli təyyarə yüksək gərginlikli elektrik xəttinə dəyib, avtomobil yoluna düşüb və alovlanıb. Qəza zamanı bütün sərnişinlər ölüb, ancaq təyyarənin yaxınlıqdakı avtomobillərə çırpılmaması səbəbindən əlavə insan tələfatı olmayıb.

Qəza səbəbindən yol hər iki tərəfə bağlanıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top