Keniyada etirazlar davam edir: 39 nəfər həyatını itirib

DÜNYA 02 iyl 2024, 20:58
Keniyada prezident Uilyam Ruto əleyhinə etirazlar davam edir. Demokrat.az "NTV Türkiye"yə istinadən xəbər verir ki, etirazçılar binalara daş atıb, maşınları yandırıblar. Vergilərin artırılmasını nəzərdə tutan yeni qanun layihəsinə qarşı başlayan etirazlarda 39 nəfər həyatını itirib, 361 nəfər yaralanıb. 

Paytaxt Nayrobidəki etirazlarda polis və əsgərlər etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar barrikadalar quraraq Nayrobinin mərkəzinə aparan əsas yolu bağlayıblar. 

Keniyanın ikinci böyük şəhəri Mombasada da yüzlərlə nümayişçi "Ruto getməlidir" kimi şüarlar səsləndirərək yürüş keçirib. Digər şəhərlərdə də etirazçılar küçələrdə avtomobil təkərlərini yandırıb, polisə müqavimət göstəriblər. 

Qeyd edək ki, iyunun 18-də Keniyada vergi artımına qarşı etirazlar başlayıb. Prezident Ruto bir neçə gün sonra qanun layihəsini imzalamayacağını açıqlayıb.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top