İsveçdə dövlət körpə nəvəsinə baxan nənə və babalara pul ödəyəcək

DÜNYA 02 iyl 2024, 17:42
İsveçdə nənə və babalara uşağının doğuluşunun birinci ilində nəvələrinə üç aya qədər baxmaq üçün ödənişli məzuniyyət götürməyə icazə verilir.

Demokrat.az Assoşeyted Press-ə istinadən bildirir ki, yeni qanun bazar ertəsi günü qüvvəyə minib.

Qanuna görə, valideynlər uşağa baxım üçün olan müavinətlərinin bir hissəsini körpənin nənə və babasına köçürə bilərlər.

Sosial Sığorta Agentliyindən verilən məlumata görə, valideynlər maksimum 45 gün, tək ata isə 90 gün bu müavinəti köçürə bilər.

İsveçdə dövlət müavinətləri hər uşağa 480 gün və ya təxminən 16 ay ödənilir. Bunun 390 gününün təzminatı şəxsin tam gəlirinə əsasən hesablanır, qalan 90 gün üçün isə insanlar hər gün 180 kron (17 dollar) sabit məbləğ alırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top