Dünyanın ən varlı adamlarının siyahısı dəyişdi — Keçmiş CEO Bill Qeytsi keçdi

DÜNYA 02 iyl 2024, 20:14
2000-2014-cü illər arasında “Microsoft”un keçmiş baş icraçı direktoru, amerikalı iş adamı Stiv Balmer Bill Geytsi keçərək dünyanın ən varlı adamları siyahısında 6-cı yerə yüksəlib.

Demokrat.az xəbər verir ki, Bloomberg Milyarderlər İndeksinə görə, Ballmerin 157,2 milyard dollarlıq xalis sərvətinin 90 faizindən çoxu Microsoft-un səhmlərindədir.

Bill Qeyts isə 156,7 milyard dollarlıq sərvətini diversifikasiya edib. Onun sərvətinin təxminən yarısı “Microsoft”un səhmlərinin satışından və dividendlərindən əldə edilən gəlirlə yaradılan “Cascade Investment”dədir. 

Qeyts 1975-ci ildə dostu Pol Allenlə birlikdə Microsoft-u qurub və 2000-ci ildə şirkətin ilk işçilərindən biri olan Ballmer onu CEO kimi əvəz edənə qədər onu idarə edib. 

Ballmer 2014-cü ildə təqaüdə çıxıb və həmin il Microsoft-un ən böyük səhmdarı olub. 

Balmer 2014-cü ildə NBA komandasına L.A.-ya qoşulub və Clippers-i 2 milyard dollara alıb.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top