İspaniyadan Uruqvaya gedən təyyarədə 30 sərnişin xəsarət aldı

DÜNYA 02 iyl 2024, 18:27
İspaniyada yerləşən "Air Europa" şirkətinə məxsus sərnişin təyyarəsinin İspaniya-Uruqvay reysi zamanı turbulentliyə girməsi nəticəsində azı 30 sərnişin xəsarət alıb. 

Demokrat.az xəbər verir ki, təyyarə Braziliyada məcburi eniş edib.

"Air Europa"nın verdiyi açıqlamada "UX045" reysinin Braziliyanın şimal-şərqindəki "Natal" hava limanına istiqamətləndiyi açıqlanıb. 

Həmçinin, açıqlamada təyyarədə 325 sərnişinin olduğu, Braziliya sahillərinə yaxınlaşan təyyarənin Atlantik üzərində turbulentliyə girdiyi bildirilib.

"Nata"l hava limanına enən təyyarədəki tibbi yardıma ehtiyacı olan sərnişinlər xəstəxanaya göndərilib. Səhiyyə rəsmiləri sərnişinlərin başlarından və üzlərindən xəsarət aldığını açıqlayıb.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top