“Kirayə qiymətləri 10 min manatadək dəyişir” — Bağ evləri bahalaşıb?

GÜNDƏM 04 iyul 2024, 18:54
 “Hər il ənənəvi olaraq iyun ayından başlayaraq avqust ayının sonuna kimi bağ evlərinə tələbat artır. Bu həm bağ evlərinin satışına, həm də kirayəsinə aiddir”. 

Bunu Demokrat.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. Ekspert hazırda əmlak bazarında bağ evləri ilə bağlı vəziyyət barədə məlumat verib:



“Bağ evlərinin kirayəsi daha çox gündəlik olur, üç, beş və bir həftəlik kirayəyə verilir. Bəzi insanlar bir aylıq və ya bütün yay boyunca bağ kirayələyib qalırlar. Qiymətlərə nəzər salsaq, gündəlik bağ evlərinin kirayəsi minimal olaraq 50 manatdan başlayıb – bu daha çox şəraiti zəif olan evlərdə belədir, bir neçə min manatadək dəyişir. Aylıq kirayə qiymətləri isə 500-10 min manat arası dəyişir. Bağ evlərinə tələbat təkcə Bakı kəndlərində, dəniz ətrafı ərazilərdə deyil. Artıq son illərdə bölgələrdə də bağ evlərinə tələbat artıb. Paytaxtdan çox da uzaqda olmayan gözəl təbiəti, sərin havası olan bölgələrə üz tutur insanlar. Bölgələrdə təkcə kirayə qalmır, hətta yaşamaq üçün də ev alırlar. Yayda özləri yaşayır, ilin digər vaxtları isə kirayə verərək gəlir əldə edirlər. Paytaxt ərazisində daha çox dənizə yaxın yerlərdə qalmağa üstünlük verilir. Burada boş torpaq sahələri demək olar ki, qalmayıb. Ona görə də nisbətən kənarlara da bağ evi almaq məqsədilə üz tuturlar”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top