Qaxda ağır qəza: Üç nəfər ölüb, çox sayda yaralı var

HADİSƏ 30 iyn 2024, 22:59

Qaxda üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza zamanı xəsarət alanlardan 1993-cü il təvəllüdlü Əfsanə Rəhim qızı Batmaz və onun iki övladı 2012-ci il təvəllüdlü Sera Tamer qızı Batmaz və 2021-ci il təvəllüdlü Karan Tamer oğlu Batmaz Türkiyə vətəndaşlarıdır.

Qəza zamanı altı nəfər xəsarət alıb. Onlara Qax Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərilib.

Yaralılardan biri müayinə və müalicəsini davam etdirmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Üçü Türkiyə vətəndaşı olmaqla qalan beş yaralı isə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 iyl 2024, 18:43
Top