Hindistanda bayram fəlakəti: 87 nəfər əzilərək öldü

HADİSƏ 02 iyl 2024, 19:37
Hindistanın şimalında hinduların dini toplantısında izdiham yaranıb.

Demokrat.az xəbər verir ki, Hindistan polisi izdihamda təxminən 87 nəfərin əzilib öldüyünü açıqlayıb. 

Xəsarət alanların çox olduğu və ölənlərin sayının artmağa davam etdiyi vurğulanıb.

İzdiham Yeni Dehlidən təxminən 140 kilometr cənub-şərqdə yerləşən Hathras şəhərində hindu tanrısı Şivanı qeyd etmək üçün toplaşmışdı.

Qeyd edək ki, Hindistanda böyük dini bayramlar zamanı ibadət yerlərində tez-tez ölümlə nəticələnən qəzalar baş verir.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top