“Çantamda 10 min dollar var, amma xoşbəxt deyiləm”

ŞOU-BİZNES 02 iyl 2024, 19:59

Şair Nazilə Səfərli müğənni Xatirə İslamla bağlı açıqlaması ilə diqqət çəkib. 

Axşam.az xəbər verir ki, "Xəzər TV"yə açıqlama verən şair ifaçını pessimist adlandırıb: 

"Xatirə xaraktercə pessimist adamdır. Onu xoşbəxt etmək çətindir. O, anlıq xoşbəxt olanlardandır. Davamlı xoşbəxt ola bilmir. Bir dəfə sanatoriyaya gedib. Terapevt səni qarşılayır, suallar verir və sonra müalicə təyin edir. O da deyib ki, çantamda 10 min dollar var, amma xoşbəxt deyiləm. Depressiyadadır, bunu bu cür izah edib. Onun öz dünyası, ruh halı var". 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top