Bakıda 2004-cü il təvəllüdlü İslam Əsədov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Qərib Cavadova xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, İslam 3 dekabr 2023-cü ildə, saat 20 radələrində “Əli market”in qarşısında tanışı Qərib Cavadov ilə qarşılaşıb. Onlar salamlaşıb, bir-birilərinin kef- əhvalını soruşublarş
Bu zaman İslam Qəribin kobud ünsiyyət tərzi nəticəsində aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı, Qəribin onun sinəsindən itələyib, özünü üstün tutaraq ünvanına dediyi şəxsiyyətini alçaldan sözlərindən özünü təhqir olunmuş hesab edib. İslam üzərində gəzdirdiyi bıçaqla Qəribə bir dəfə zərbə vurub.
Hadisəni törədən İslamın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İslam ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, dekabrın 3-də kafedə spirtli içki qəbul edib: “Axşam saat 8 radələrində məhəllədən keçərkən Qəriblə Qəriblə rastlaşdım. Qərib mənimlə salamlaşdı, əhvalımı soruşdu. Mən isə cavabımda bu gün əsəbi və kefsiz olduğumu, tələsdiyimi dedim. Qərib yenə məni çağırdı və nə baş verdiyini soruşdu. Mən dəfələrlə psixiatrik xəstəxanada müalicə almışam. Əsəbi olanda heç kimlə danışmaq, mübahisə etmək istəmirəm. Qərib mənə qonşu olduğu üçün salam verib, əhvalımı soruşduğunu, yoxsa mənim kimi insanlarla salamlaşmaq belə istəmədiyini dedim. Qərib demirsə cəhənnəmə deməsini, kefimi soruşmaqda özümün günahkar olduğumu dedim. Qərib canlı-cüssəli olub. Mənə “get” deyib itələdi. Mən də üzərimdəki bıçağı çıxararaq Qəribi qarın nahiyəsindən vurdum. Qərib qardaşı ilə birlikdə olub. Məndən hara getməyimizi soruşdu. Mən isə həmin şəxslərə Sabunçu xəstəxanasına getməyi söylədim. Bundan sonra evimə getdim”.
İslam qeyd edib ki, bıçaq hadisə günü onun üzərində olub: “Qəribi qarın nahiyəsindən vurmuşam. Qəribi vurmaq niyyətim olmayıb. Hər şey anidən baş verib. Sadəcə Qərib canlı-cüssəli, mən isə arıq, cılız olduğum üçün özümü qorumaq məqsədilə vurmuşam. Bıçağı istintaqa təhvil vermişəm. Qəriblə ədavətim olmayıb. Artıq barışmışıq, əməlimdən peşman olmuşam”.
İş üzrə zərərçəkmiş Qəribin sözlərinə görə, Bakı Neft Kollecində təhsil alır, kollecin yaxınlığında yataqxanada kirayədə qalır: “İslam isə o ərazidə ailəsi ilə birgə qonşuluqda yaşayır. Hadisə günü qardaşım rayondan gəlmişdi. Biz evdə olmuşuq. Mən evdə yemək hazırladım, çörək olmadığından çörək almaq üçün dükana getdim. Yolda İslamı gördüm. Onunla salamlaşdım, kef əhvalını soruşdum. İslamın əvvəlki kimi olmadığını, qanıqara, əsəbi olduğunu gördüm. İslamdan nə baş verdiyini soruşdum. İslam cavabında “bu gün əsəbiyəm, cavab verə bilmərəm” dedi. İslamın sözləri mənə acıq gəldi. Mən də cavabımda “cavab vermirsən, vermə, cəhənnəmə ver” dedim. İslamı sinəsindən itələdim. Hər şey anidən oldu. Heç İslamdan məni vuracağını gözləmədim. Birdən ayıldım ki, bütünlüklə qan içindəyəm. Sonra məni yaralı halda qardaşım Ülvi öz maşını ilə xəstəxanaya gətirdi. Sabunçu xəstəxanasında əməliyyat olundum”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İslam 3 il 11 ay 28 gün azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Demokrat.az