Sabahdan taksi fəaliyyətində yeni era başlayır — VİDEO

SOSİAL 30 iyn 2024, 22:59

Sabahdan buraxılış tarixi 15 ildən artıq müddəti keçən avtomobillərdən taksi fəaliyyəti kimi istifadə oluna bilməz. Belə ki, yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. 

Demokrat.az xəbər verir ki, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə buraxılış kartı verilməyəcək.

Taksi sifarişi operatorları icazəsi olmayan minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər. Bunu edən taksi operatorları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnəcəklər.

Yerlərdə isə fiziki olaraq əməkdaşlar tərəfindən buraxılış kartlarının yoxlanılması  həyata keçiriləcək. Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb.
Hazırda operatorlar adsızlaşdırılmış məlumatları real vaxt rejimində həmin sistemə ötürürlər. Bu günə kimi isə taksi fəaliyyəti göstərmək üçün 10.000-dən çox sürücüyə buraxılış kartı verilib.

Daha ətraflı videomaterialda:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 iyl 2024, 18:43
Top