Yoxlamalar ilin sonunadək davam edəcək — Eşqi Bağırov

SOSİAL 02 iyl 2024, 13:01
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabe qurumlarında apardığı yoxlamaları ilin sonuna qədər davam etdirəcək.

Demokrat.az xəbər verir ki, bunu Agentliyin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

E.Bağırov xatırladıb ki, aparılan monitorinqlər zamanı Dağlıq Şirvan Regional Təhsil İdarəsində bəzi müsabiqələrin keçirilmə qaydaları və təlimat sənədlərinin icrasında pozuntular aşkarlanıb, idarənin rəhbəri işdən çıxarılıb.

O qeyd edib ki, yerli bölmələrin, eyni zamanda müəssisələrin fəaliyyətinə nəzarət müntəzəm xarakter daşıyır: “Qaydaların və təlimatların pozulması halları yolverilməzdir”. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top