Salyanda “2 İyul - Azərbaycan Polisi Günü” ilə bağlı tədbir — FOTOLAR

GÜNDƏM 02 iyl 2024, 17:35
Salyanda “2 İyul - Azərbaycan Polisi Gününə” həsr olunmuş tədbir keçirilib.

Demokrat.az
xəbər verir ki, tədbirdə RİH başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon polis şöbəsinin şəxsi heyəti, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. 

Tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək ona hörmət və ehtiramlarını ifadə ediblər. 

Tədbirdə məruzə ilə çıxış edən Rayon Polis şöbəsinin rəisi, polkovnik Nəzər Əsgərov polis əməkdaşlarını Azərbaycan Polisi Günü münasibətilə təbrik etmiş və Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanlanmış təbrikini çatdırıb.

Tədbirdə RİH başçısı Sevindik Hətəmov peşə bayramı münasibətilə polis əməkdaşlarını təbrik edib, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polisin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıb. 

Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis əməkdaşı Salyan Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ları ilə təltif edilib.


Demokrat.az




































SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top