Cənazənin başında matç HƏYƏCANI

DÜNYA 28 iyn 2024, 18:28
Çilidə dünyasını dəyişən “Fəna Dədə” kimi tanınan şəxsin dəfn mərasiminə qatılanlar tabutun yanında futbol matçına baxıblar.

Demokrat.az xəbər verir ki, həmin gün Çili və Peru 2024-cü il Cənubi Amerika Futbol Çempionatı (Copa America) matçında üz-üzə gəlib. 

Fena adlı şəxsin özünün də futbol azarkeşi olduğunu deyən yaxınları yas mərasimində matçı açaraq mərhumun xatirələrini ehtiramla yad ediblər. 

Həmçinin, Fənanın dəfn mərasimində əlində bir neçə idman kuboku tutduğu nəhəng plakatı da olub. Plakatda “Fəna dayı, bizə bəxş etdiyiniz bütün xatirələrə görə təşəkkürlər” yazılıb. 

Fəna Dədənin ölümünə yas tutanların izlədiyi qarşılaşma heç-heçə başa çatıb.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top