Rusiyadan Ukraynaya iki qat zərbə — Öz raketi nadir silahını vurdu (VİDEO)

DÜNYA 28 iyn 2024, 16:07
Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun malik olduğu nadir silahlardan sayılan "M270" çoxfunksiyalı raket buraxılış sistemini vurub.

Bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.

Qeyd edək ki, Rusiya hərbçiləri Ukraynaya məxsus raket buraxılış sisteminə ələ keçirdiyi ATACMS raketləri ilə zərbə endirib.

"M270" ABŞ istehsalı olan çoxfunksiyalı raket buraxılış sistemidir. Bu sistem 1970-ci illərdə hazırlanmış və hazırda bir çox ölkə tərəfindən istifadə olunmaqdadır. "M270" döyüş meydanında müxtəlif hədəfləri, o cümlədən artilleriya batareyaları, zirehli texnika, sursat anbarları, komanda mərkəzlərini vurmaq üçün nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top