Daha 2 ölkə vətəndaşlarına xəbərdarlıq etdi: Uçuşlar varkən Livanı tərk edin

DÜNYA 28 iyn 2024, 18:15
Son həftələrdə İsrail-Livan sərhədində gərginliyin artması ilə əlaqədar ölkələr bir-birinin ardınca vətəndaşlarına xəbərdarlıq edib. 

Demokrat.az xəbər verir ki, Avstraliya və Hindistan Livandakı vətəndaşlarına “Livana səyahət etməmək və uçuşlar olduğu müddətdə ölkəni tərk etmək” barədə çağırış edib.

Avstraliyanın xarici işlər naziri Penny Vong, X sosial media hesabında verdiyi açıqlamada, Livanda vəziyyətin "son dərəcə qeyri-sabit" olduğunu söyləyib. 

Hindistanın Beyrutdakı səfirliyindən edilən yazılı açıqlamada Livandakı Hindistan vətəndaşlarına “son dərəcə diqqətli olmaq və səfirliklə əlaqə saxlamaq” mövzusunda xəbərdarlıq edilib.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top