İranda hicabsız qadınların prezident seçkilərində səsverməsinə İCAZƏ VERİLMƏYİB

REGİON 28 iyn 2024, 21:46
Bu gün İranda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə zamanı məcburi hicab qaydalarına riayət etməyən qadınlar Tehranda seçki məntəqələrinə buraxılmayıblar.

Bu barədə “İran Wire” məlumat yayıb.

Məlumata görə, Hüseyniyyə İrşad mərkəzində qurulan seçki məntəqəsində xüsusi olaraq hicab nəzarətçiləri yerləşdirilib və yalnız hicablı qadınların mərkəzə girişinə icazə verilib.

İranda məşhur din xadimi və siyasi fəal Rəhmətullah Biqdeli bu barədə sosial media hesabında açıqlama yayıb: “İnsanların səs verməsi üçün məhdudiyyətlər yaradılıb. Bir az saçı görünən qadınlarla düzgün olmayan rəftar edirlər”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top