İranda prezident seçkisində səsvermə iki saat uzadılıb

REGİON 28 iyn 2024, 18:44

İranda prezident seçkisi üçün seçki məntəqələrinin işi yerli vaxtla saat 18:00-dan 20:00-a (Bakı vaxtı ilə saat 20:30-a qədər) uzadılıb.

Demokrat.az xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

"Ölkənin müxtəlif bölgələrindən səsvermə vaxtının uzadılması ilə bağlı çoxsaylı müraciətlər əsasında bütün ölkə üzrə səsvermə vaxtı 2 saat, saat 20:00-a qədər uzadılıb", - deyə o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top