İranda prezident seçkiləri keçirilir

REGİON 28 iyn 2024, 09:00
Bu gün İranda prezident seçkiləri keçirilir.

Demokrat.az xəbər verir ki, prezidentlik uğrunda parlamentin sədri Məhəmməd Bağır Qalibaf, Ali rəhbərin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, daxili işlər və ədliyyə naziri olmuş Mustafa Purməhəmmədi mühafizəkarları və sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparacaqlar.

Sonuncu rəy sorğularına görə, islahatçıların namizədi Məsud Peşekşian öndədir, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Cəlili və Qalibaf tutur.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra iyunun 28-nə növbədənkənar prezident seçkiləri təyin olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top