“Qafqaz evi - regionda sülh və təhlükəsizlik" İdeyası ilə bağlı dəyirmi masa keçirilib — FOTOLAR

GÜNDƏM 28 iyun 2024, 21:24
Bu gün, iyunun 28-də Sosial Tədqiqatlar Mərkəzində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə «Cəmiyyətin İnкişаfı Mərkəzi» Ictimаi Birliyinin həyata keçirdiyi “Qafqaz evi - regionda sülh və təhlükəsizlik" İdeyası ilə bağlı dəyirmi masa keçirilib.

Tədbiri Sosial Tədqiqatlar Mərkəzinin icraçı Direktoru Sahib Məmmədov açaraq, Mərkəzin Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunması yönündə apardığı tədqiqatlar barədə məlumat verib.

Daha sonra  AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli, "Cəmiyyətin İnkişafı Mərkəzi" İB-nin sədri Əhməd Abbasbəyli, “Qafqaz evi - regionda sülh və təhlükəsizlik" İdeyası kitabının tərtibatçısı Xalid Ələkbərov, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İB-nin sədri İlham İsmayılov mövzu ətrafında geniş cıxış edərək, Qafqazda sülh və əmin-amanlığın bərqərar olması istiqamətində aparılan siyasətin, həyata keçirilən tədbirlərin, "Qafqaz evi" sülh strategiyasının dəyərləndirilməsinin nə qədər önəmlı olduğunu qeyd ediblər. Həmçinin İlham İsmayılov gələcəkdə Azərbaycanla yanaşı Türkiyə, Gürcüstan və, o cümlədən Ermənistanın da həqiqətpərəst ziyalılarının bu layihənin gerçəkləşməsi üçün görüləcək işlərə cəlb olunması təklifini irəli sürüb.

Tədbirin sonunda müzakirələr aparılıb.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top