Əcnəbilərin yaşamaları üçün ən bahalı ŞƏHƏRLƏR

SOSİAL 23 iyn 2024, 15:59
Honkonq (Çin) və Sinqapur dünyada əcnəbilərin yaşamaları üçün ən baha şəhərlər siyahısına başçılıq edir.

Bu barədə ABŞ-ın “Mercer” konsaltinq şirkətinin qiymətləndirmələrinin nəticəsi əsasında hazırlanan hesabatda bildirilir.

Qiymətləndirmə 226 şəhər üzrə 200 amilə, o cümlədən mənzil kirayəsi, nəqliyyat və əyləncə xidmətləri, ərzaq, gündəlik tələbat mallar və geyimlərin qiymətlərinə əsasən aparılıb.
Siyahıda sonrakı 4 yeri İsveçrənin Sürix, Cenevrə, Bazel və Bern şəhərləri, ilk onluğun qalan yerlərini isə Nyu-York, London, Nassau (Baham adaları) və Los-Anceles tutur.

“Mercer”in ekspertlərinin rəyinə əsasən, əcnəbilərin yaşamaları üçün ən ucuz şəhərlər isə Nigeriyanın Abuca və Laqos, Pakistanın İslamabad və Kəraçi şəhərləri, habelə Bişkek, Blanayr (Malavi), Düşənbə, Durban (CAR), Vindhuk (Namibiya) və Havanadır.(bizim.media)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top