Əfsanəvi futbolçunun anası dünyasını dəyişdi

İDMAN 22 iyun 2024, 17:20
Əfsanəvi braziliyalı futbolçu Pelenin anası Selest Arantes 101 yaşında vəfat edib. 

Demokrat.az xəbər verir ki, bu barədə Pelenin rəsmi sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Məlumatda belə qeyd olunub: “Bir ana kimi Edsona (Pele) bütün ömrü boyunca təbliğ etdiyi və müdafiəsinə qalxdığı humanitar dəyərləri aşıladı. Oğlunun mehribanlıqla adlandırdığı kimi, Selestignanın vəfatı üçün dərindən kədərlənirik. Eyni zamanda, biz onun varlığına görə sonsuz minnətdarıq”.

Qeyd edək ki, Pele 2022-ci ilin dekabrında xərçəng xəstəliyi səbəbindən vəfat edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top